Qısa məzmun
Sincab Ayın kiçildiyini görüb narahat olur və gecə üçün ərzaq tədarükü etməyə başlayır. Marala və Tülküyə də xəbər verir. Bu xəbər meşədə yayılır və heyvanlar Ayın yoxa çıxacağından qorxurlar. Şir onları Bayquşun yanına aparır. Bayquş Ay, Yer və Günəş haqqında izahat verir, Ayın öz işığını saçmadığını və Ay fazalarının Günəşin işıqlandırması ilə əlaqəli olduğunu açıqlayır. Heyvanlar Bayquşun izahatından sonra sakitləşir və Ayın itmədiyini başa düşərək dağılışırlar.





