Qısa məzmun
Bir zamanlar meşədə tək yaşayan bir it dost axtarırdı. Bir gün dovşana rast gəlib dost olmaq istədi, amma dovşan canavardan qorxduğu üçün it ondan ayrıldı. Sonra canavarı tapdı, lakin canavar da ayıdan qorxurdu. Daha sonra ayı ilə dost oldu, amma ayı da insandan qorxduğu üçün ondan da ayrıldı. Sonda insanla dost oldu və onun yanında yaşamaya başladı. O vaxtdan bəri it və insan dost olub birlikdə yaşayırlar.





