Qısa məzmun
Bir gün bir tülkü aclıqdan bir quyunun dibində ağ quyruq gördüyünü zənn edərək quyuya tullanır. Lakin, quyruq deyil, ağ daş olduğunu anlayır və quyudan çıxa bilmir. Orada ilan, tısbağa, çaqqal, qurd və donuzla qarşılaşır, onların da eyni səbəbdən quyuda olduğunu öyrənir. Ayı da quyunun dibinə düşür. Aclıqla üzləşən heyvanlar tülkünün təklifi ilə bir-birini yeməyə başlayırlar. Əvvəlcə tısbağanı, sonra ilanı, çaqqalı, qurdu, və donuzu yeyirlər. Tülkü ayıya öz qoltuğunun ətini yediyini deyib onu aldadır və ayı özünü dişləyərək ölür. Tülkü ayının ətini yeyib quyuda tək qaldıqda, vaqqıldayaraq bir ovçunun diqqətini çəkir. Ovçu tülkünü quyudan çıxarıb öldürmək istəsə də, tülkü qaçmağı bacarır və ovçunu ələ salır.





